İnterpol 1976-2019-cu illər arasında 3 ayrı ölkədə cinayətə qurban gedən, ancaq kim olduqları bilinməyən 22 qadınla bağlı xalqa müraciət edib.
Tribuna.az xəbər verir ki, İnterpol Hollandiya, Belçika və Almaniyada cinayətə qurban getmiş 22 qadının kim olduğunu müəyyənləşdirməyə çalışır. İnterpol rəsmi internet səhifəsində öldürülən 22 qadını robot şəklinin fiziki göstəricilərini, geyim və aksesuarlarını paylaşaraq xalqdan kömək istəyib.
Məlumatda həmçinin bildirilib ki, qadınlar vəhşicəsinə qətlə yetirilib:
“Bəziləri vəhşicəsinə öldürülüb, bəziləri isə ölmədən öncə istismara məruz qalıb, ac saxlanılıblar”.









