UŞAQLARA QARŞI BU CÜMLƏLƏRDƏN İSTİFADƏ ETMƏYİN…

UŞAQLARA QARŞI BU CÜMLƏLƏRDƏN İSTİFADƏ ETMƏYİN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar valideynlərinin dedikləri hər şeyi gələcək üçün beyinlərində kodlayır. Bu, onların inkişafında böyük rol oynayır. Buna görə də, valideynlər uşaqları ilə danışarkən, onlara əsəbləşərkən, onlarla bağlı fikir bildirərkən diqqətli olmağı məsləhət görür.

Tribuna.az xəbər verir ki, türk psixoloq Tuğçe Yılmaz uşaqlarımıza deməməli olduğumuz 8 cümləni açıqlayıb:
BÖYÜK BACILAR, BÖYÜK QARDAŞLAR QORXMAZ – Qorxan uşaq başa düşülmək istəyir. Onu həvəsləndirmək əvəzinə qorxunun altında yatan emosiyanı tapmaq və onun üzərində işləmək lazımdır.

SƏNİ QOYUB GEDƏRƏM – Ayrılıq narahatlığı olan uşaq anadan daha çox asılı olur. Bu, yuxuya getməkdə çətinlik çəkmək, məktəbə gedə bilməmək kimi problemlər də gətirir.

ÖZÜNDƏN BÖYÜKLƏRƏ QARŞI ÇIXMA – Mədəni olaraq böyüklərə qeyd-şərtsiz hörmətin göstərilməli olduğu bir cəmiyyətdə yaşasaq da, hörmətin qarşılıqlı olması, uşaqların da hörmət edilməli fərdlər olduğu və onların müəyyən hüquqlarının olduğu aşılanmalıdır. Uşaqlarınızdan hamıya qarşı bu cür olmağı tələb etməyin.

İŞİM ÇOXDUR, GET BAŞIMDAN – bu cümlə uşaqda özünü dəyərsiz hiss etdirə bilər. Uşaqlar böyüklərin diqqətinə ehtiyac duyurlar. ‘Mən də sizinlə vaxt keçirmək istəyirəm, amma hazırda bir işim var, işimi bitirdikdən sonra sizinlə maraqlanacam’ daha doğru olardı.

SƏN BUNU EDƏ BİLMƏZSƏN VƏ YA SƏN HƏR ŞEYİ BACARARSAN – Bu şərtlərin hər ikisi yanlışdır. Uşaqlara səbirli olmağı, işləməyi öyrətmək düzgün davranışdır. Prosesə diqqət yetirmək və onların zəhmətini qiymətləndirmək onlara fərdi işləməyin vacibliyini dərk etməyə kömək edir.

MƏNİ HİRSLƏNDİRSƏN XƏSTƏ OLACAQ – Bu, uşaqlarınıza narahatlıq əlavə etməkdən başqa heç nə etmir. Xəstəliyiniz halında bütün günahı öz üzərində görür.

NİYƏ ONUN KİMİ DEYİLSƏN – Uşaqları digər həmyaşıdları ilə müqayisə etmək uşaqda qısqanclıq hisslərini artırır. Davamlı müqayisə edilən uşaq məsuliyyəti öz üzərinə götürməkdən qaçır. Sosial münasibətlərdə çətinliklər yaşayır.