ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Laçın dəhlizinin “blokadası” səbəbindən “artsax”a yardımın göndərilməsinin mümkün olmadığını bildirib.
Tribuna.az yazır ki, erməipərəst konqresmen Kris Smit isə 120 min insanın hələ də Azərbaycan tərəfindən mühasirədə qaldığı Qarabağa hər hansı Amerika yardımının çatması ilə bağlı sual qaldırıb.
“Dağlıq Qarabağa gəldikdə… başa düşdüyüm qədər, Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanı həqiqətən də bu gün (17 may) ora daxil olub, lakin giriş olduqca məhduddur. Bir çox əsas ərzaq məhsullarının çatışmazlığı var”, – Pauer cavab verdi.
O, əlavə edib ki, ərzaq regiona ticarət yolları ilə daxil olmalıdır, lakin “blokada” və nəzarət-buraxılış məntəqələri səbəbindən bu mümkün deyil, ona görə də Rusiya sülhməramlı qüvvələri və BQXK imkan daxilində yardım çatdırır. Samanta Pauer həmçinin əlavə edib ki, ABŞ vəziyyəti qiymətləndirmək üçün Qarabağa iki missiya göndərib.
Ermənipərəst digər konqresmen Brad Şerman öz növbəsində USAID-in “blokada”nı böhran kimi qiymətləndirə biləcəyi və USAID-in erməni xalqına kömək etmək üçün nə edə biləcəyi sualını qaldırıb.









