Ağacan Ağayev “Unibank” müştərisidir və o, üzləşdiyi problemi dilə gətirib. Tribuna.az onun şikayətini olduğu kimi təqdim edir:
Yanvarın 16-da Unibankın mobil tətbiqində əlavə etiyim Rabitabank kartım ilə ödəniş etdim. Proqramda xəta verdi, ödəniş keçmədi. Sabahı gün Uni Banka online çatla müraciət etdim, sorğunu qəbul etdi. Bir həftə sonra operator bildirdi ki, Rabitə bankla danışın.(Onu da mən yenə yazıb soruşandan sonra dedi, özün axtarmasan itirib axtaranda olmur) Rabitə Bankla danışdım, Uni bankla müqayisədə məsələyə operativ yanaşdılar və bildirdilər ki, məbləğ bizdən çıxıb. Lakin UniBankın tətbiqində ilişib. Bunu Uni Bank həll etməlidir. Bu dəfə getdim Uni Bankın inşaatçılar filialına olanları təkrar danışdım, orada əməliyyatçı sorğu açdı, axşam zəng vurdular ki Rabitə Bank bizə sorğu göndərməlidir. Bu dəfə Mərkəzi Banka müraciət etdim. Bəlkə onlar yol göstərsələr ki, məsələnin kim həll etməlidir. Müraciətdən 2-3 gün sonra Rabitə Bankdan yenidən zəng etdilər, yenidən ətraflı izah etdilər ki məsələ bizlik deyil. Sağ olsun həmin bəy, Uni Banklada danışıb onlara da izah edib və Uni bankdan bir mail adres veriblər ki həmin ünvana bir neçə məlumati göndərim, həll olunacaq. Halbuki 2 dəfə həmin məlumatları göndərmişəm, müraciət etmişəm…
Nəysə yenidən həmən mail-ə göndərdim. 1 həftə keçdi yenə xəbər çıxmadı. Yenidən yazdım soruşdum məsələ nə yerdədir, adiyyatı şöbə araşdırıb məlumat verəcək. Hələ də məlumat verən yoxdur. Ödənişdən artıq 3 həftə keçib. Bu da “Sənin bankın” sloganı ilə olan UniBank
Allah heç kimə o bankla hər hansı problem yaşatmasın. Kimsə belə bir hal yaşayıb?”
Tribuna.az










