“UKRAYNANIN RUSİYAYA HÜCUMLARI GECİKƏRSƏ…” – EKSPERT

“UKRAYNANIN RUSİYAYA HÜCUMLARI GECİKƏRSƏ…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvaya hücum Kiyevin əks-hücumunun tərkib hissəsidir.

Tribuna.az yazır ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Rusiya iki gündür kütləvi şəkildə Kiyevə raket və PUA hücumları həyata kecirir. Ukrayna tərəfindən Kremlin cavabı verməli idi:

“Moskvaya hücum göstərir ki, Kiyev Kremlə kimi gələ bilir.

Rusiya çalışır ki, Kiyevə intensiv zərbələr endirməklə, Ukraynanın əks-hücumlarının qarşısını alsın. Kiyevə hücumlar nəinki Ukraynanın planın qarşısını almır, hətta hücumları Moskvaya qədər edəcək gücdə olduğu mesajını verir. Ona görə də Rusiyanın Ukraynanı hücumdan çəkindirmək planı fiaskoya uğurayıb”.

Ekspert bildirib ki, Ukrayna və Rusiya arasında hər hansı bir danışıqlar mümkün görünmür:

“Müharibə elə bir situasiyada davam edir ki, burada bir tərəfin məğlubiyyəti vacibdir. Ukraynanın əks-hücumu gecikərsə, Rusiyanın toparlanmasına səbəb olacaq. Ukrayna Rusiya ərazilərini də legitim hədəf seçib. Burada əsas olan Krıma hücum zamanı Rusiyanın siyasi spekulyasiyalarına son verməkdir”.