Ukrayna PUA-sı Sevastopolda yanacaq anbarını partlatdı

Ukrayna PUA-sı Sevastopolda yanacaq anbarını partlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sevastopolda yanacaq anbarı yanır.

Tribuna.az xəbər verir ki, bu barədə qubernator Mixail Razvojayev “Telegram” kanalında bildirib. İlkin məlumata görə, yanğına səbəb Ukrayna PUA-sının “vurulması” olub.

Razvojayev bildirib ki, yanğın Kazak körfəzindəki Manqanari qardaşları küçəsi ərazisində baş verib. Yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib. O, yanğının dördüncü mürəkkəblik dərəcəsinin təyin edildiyini söyləyib. İtki olmayıb, ilkin məlumata görə, əməliyyat xidmətləri tərəfindən vəziyyət nəzarətə götürülüb. Yanğın yerinə yanğınsöndürmə xidmətinin 60 əməkdaşı ilə 18 yanğınsöndürmə briqadası çıxıb, yanğın qatarının gəlməsi gözlənilir.
“4-cü dərəcəli yanğın ən çətinidir. Yanacağın həcmi böyük olduğundan yanğının lokallaşdırılması üçün vaxt lazımdır. Heç bir şey mülki obyektləri təhdid etmir”, – Razvojayev vurğulayıb.
Qubernatorun mətbuat xidməti bildirib ki, yanğın baş verən ərazidən yerli sakinlərin təxliyyəsi nəzərdə tutulmur.