Türkiyənin Mərkəzi Bankının sədri qadın seçildi- BİR İLK

Türkiyənin Mərkəzi Bankının sədri qadın seçildi- BİR İLK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.