Ataşehirdə verdiyi konsertdə imam hatip liseyi şagirdləri ilə bağlı söylədiyi fikirlərə görə məhkəmə qarşısına çıxarılan Gülşen Çolakoğlu “camaatı kin və düşmənçiliyə sövq etmə” ittihamı ilə 10 ay həbs cəzası alıb və hökmün elanı təxirə salınıb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Avqustun 25-də polis tərəfindən saxlanılan müğənni növbətçi məhkəmə tərəfindən həbs edilmişdi.
Vəkillərinin yuxarı instansiya məhkəməsinə etdiyi etiraz nəticəsində Gülşen Çolakoğlunun avqustun 29-da azadlığa buraxılmasına və yaşayış yerini tərk etməmək şərti ilə məhkəmə nəzarətinə götürməsinə qərar verilmişdi.
Prokurorluğun hazırladığı iddianamədə 702 qurum və şəxs ‘şikayətçi’ olaraq qeyd edilib.
Məhkəmənin ittihamnaməni qəbul etdiyi və məhkəmə nəzarətini ləğv etmədiyi etirazı üzərinə Gülşənin ölkədən çıxışına qadağa qoyulması və hər cümə axşamı ən yaxın polis bölməsində imza atması da şərtləndirilib. İstanbul 11-ci Asliye Cəza Məhkəməsi 21 oktyabr 2022-ci il tarixli ilk iclasda Gülşənə xaricə giriş qadağasının davam etdirilməsinə, lakin imza tələbinin götürülməsinə qərar verib. Vəkillərinin yenidən etdiyi etirazlar üzərinə bu dəfə İstanbul 33-cü Ağır Cəza Məhkəməsinin qərarı ilə Gülşənə 250 min TL təminat depoziti yatırıldıqdan sonra səfər qadağası qaldırılıb.









