AK Partiya Hatay Millət vəkili Hüseyn Yayman ailəsinin xarabalıq içində olduğunu söylədi. “İki qardaşım, onların arvadları, bacım, baldızım və uşaqları dağıntılar altındadır” dedi. Digər tərəfdən AK Partiya Adıyaman Millət vəkili Yakup Taş və ailəsinin zəlzələdən sonra dağıntılar altında qaldığı öyrənilib.
Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, Türkiyənin şərqində baş verən güclü zəlzələdə bir neçə vilayət dağıntılar altında qalıb. Vətəndaşlara çatmaq üçün fasiləsiz səylər davam edir.
Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra ölkənin şərqindəki vilayətlərdə də dağıntılar baş verib.
AK Partiya Hatay millət vəkili Hüseyn Yayman Hatayda baş verən zəlzələnin çox şiddətli olduğunu və ailə üzvlərinin dağıntılar altında qaldığını bildirib. Yayman “İki qardaşım, onların arvadları, bacım, baldızım və uşaqları dağıntılar altındadır. Yollarda çatlar var, hamı səfərbərdir” – deyə bildirib.
O, əlavə edib ki, “böyük zəlzələ yaşadıq. Sonuncu zəlzələ 500 il əvvəl baş verib. 7.4 Kahramanmaraşda oldu amma Hatayda daha çox hiss olundu. Bizdə çoxlu dağıntılar var. Vətəndaşlar panikaya düşməməlidir. Qoy soyuq qanlarını saxlasınlar. Yola çıxmayın, telefonları məşğul etməyin. Zərərli binalarımız həddindən artıq çoxdur”.









