Türkiyədə seçki prosesinə əməl etməyən yayım orqanları cəzalandırılacaq

Türkiyədə seçki prosesinə əməl etməyən yayım orqanları cəzalandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə seçki prosesinə dair qadağalara əməl etməyən yayım orqanları cəzalandırılacaq.
Bu barədə Radio və Televiziya Ali Şurası (RTÜK) bəyanat yayıb.

“Seçki günü saat 18:00-21:00 arası Yüksək Seçki Şurası (YSK) tərəfindən veriləcək xəbərlər dərc oluna bilər. Seçkilərin nəticələrini açıqlamaq, yalan məlumat vermək və manipulyasiya xarakterli materiallar hazırlamaq qəti qadağandır. Saat 21:00-dan sonra isə bütün yayımlar sərbəst olacaq”, – deyə bildirilib.