Mərkəzi Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələ Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrini silkələyib. Zəlzələnin episentri olan Kahramanmaraşda dağıntıların miqyası səhər saatlarında məlum olub. Kadrlarda dağılan binalar, vətəndaşların qışqırtıları əks olunub.
Tribuna.az SonDakika xəbər agentliyinə istinadən bildirir ki, Axtarış-xilasetmə işləri aramsız davam edərkən bir-birinin ardınca çoxsaylı çökmə xəbərləri gəlməyə başladı.
Ən son hesabatda AFAD 76 nəfərin öldüyünü, 440 nəfərin yaralandığını açıqlayıb. Komandaların işi sərt qış şəraitində davam edərkən, rayon əhalisi dağıntılar altından çıxarılan vətəndaşlara köməklik göstərir.
Tribuna.az









