Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra zərər çəkmiş 10 əyalətdə çörək zavodları pulsuz çörək paylayacaq.
Tribuna.az TRTHABER-ə istinadən xəbər verir ki, Türkiyə Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 və Elbistan mərkəzli 7,6 bal gücündə iki zəlzələ ilə sarsılıb.
“Bütün vilayətlərimizdə normal şorba və qidalanma mərkəzləri yaradılıb. Qızıl Ayparanın sədrliyi ilə qidalanma xidməti qrupumuz nazirlərimizin koordinasiyası və mülki idarənin faktiki icrası ilə davam edir. Vətəndaşlarımız öz yeməklərini ala bilərlər. 10 vilayət və rayonumuzdakı çörək sexlərindən çörək alırlar. Çörəklərini pulsuz ala bilərlər. Artıq çörək zavodlarımızla lazımi koordinasiyanı həyata keçiririk”, – Fuad Oqtay bildirib.









