Bloomberg-in məlumatına görə, oktyabrda Kosovoda yerləşdirilən NATO kontingentinə Türkiyə rəhbərlik edəcək.
Tribuna.az xəbər verir ki, Türkiyə NATO-nun Kosovo və Metohiyadakı kontingentinin komandanlığını öz üzərinə götürəcək.
Bölgədə son on ilin ən şiddətli toqquşmalarından sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyənin, NATO-nun Balkanlarda əvvəllər İtaliyanın rəhbərlik etdiyi missiyasını öz üzərinə götürməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət bir batalyon göndərmişdi. Ankara NATO-nun Müttəfiq Qüvvələri Komandanlığının sorğusuna cavab olaraq 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının bir batalyonunun ehtiyat hissə kimi yerləşdirildiyini açıqlayıb.









