Xəbər verdiyimiz kimi, Abşeronda tanınmış plastik cərrah Türkanə Gündüz qətlə yerilib.
AZXEBER.COM xəbər verir ki, hadisə Novxanı kəndində şəhid Milli Qəhrəman Polad Həşimov küçəsində fərdi yaşayış evində baş verib.
Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.
Həmin görüntüləri təqdim edirik:














