USD/TL məzənnəsinin həftənin əvvəlindən bu yana davam edən yüksəlişi daha da sürətlənib. Dolların qiyməti 23 türk lirəsini də keçərək 23,06 lirəni görüb.
Tribuna.az yazır ki, ilin əvvəlindən məzənnədə 20 faizdən çox artım var. Avro/TL məzənnəsində isə 24,84 ilə rekord qeydə alınıb.
Bu hal türkiyədə gü ərzində hətta bir neçə dəfə qiymətlərin artması ilə müşahidə olunur. Səhər bir qiymətə satılan məhsul axşama fərqli qiymətə təklif edilir.
İstanbulda yaşayan azərbaycanlı həkim Müşfiq Hüseynov bildirib ki, Yeni İstanbul Hava Limanından Levent istiqamətinə taksilər 500 Tl-yə gətirir. 3 ay əvvəl isə bu 220 TL olub:
“20 tl dən aşağı çay yoxdur. Adi dürüm 80 tl-dir.
Bu gün isə Türk Lirəsinin növbəti qara çərşənbəsini izləyirik. Səhəri 21,93 TL-1$ açan kurs, 3 saata 22,93 ə qalxdı. Mən sentyabrı 25 -lə açacaqlarını, il sonunu 30 görəcəklərini təxmin edirdim, amma TL deyəsən başqa cür düşünür”.









