TÜRK LİRƏSİ DƏYƏR İTİRİR… BUNUN AZƏRBAYCANA HANSI TƏSİRLƏRİ OLACAQ? – İQTİSADÇI AÇIQLADI

TÜRK LİRƏSİ DƏYƏR İTİRİR… BUNUN AZƏRBAYCANA HANSI TƏSİRLƏRİ OLACAQ? – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə lirənin kəskin dəyər itirməsinə panik reaksiya yoxdur, çünki seçkidən sonra bazarın gözləntiləri bu yöndə idi. Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir. Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır.

Tribuna.az yazır ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, əsas problem ölkənin valyuta ehtiyacının qarşılanmasıdır:

“Ölkə idxalını və borclarını qarşılamaq üçün öz imkanları hesabına qazana bilmədiyi valyuta açığını kənardan gələn pullar hesabına qapatmalıdır. Cari hesabın defisitinin tarixi səviyyələrə çatması ölkənin valyuta qıtlığının real miqyasını göstərir. Bunun üzərinə maliyyə hesabı çərçivəsində ölkədən xalis kapital çıxışının son 2 ildə böyüyən iri həcmini də gəlin.

Kənardan gələn para ya sərmayə, ya borc şəklində ölkənin valyuta bazarında tələb-təklif tarazlığı yaradacaq səviyyədə olmalı, davamlı xarakter daşımalıdır.
Aparılan siyasətin, yeni-köhnə hökumətin vəd və davranışlarının xarici sərmayədarlara, borcverənlərə nə qədər güvən sağlayacağını yaxın aylarda görmək mümkün olacaq.
Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir. Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır”.