Turizm Agentliyi indi də yol şousu keçirəcək

Turizm Agentliyi indi də yol şousu keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyi xaricdən bloggerlərin səfərini təşkil etmək məsələsində ciddi uğura nail olmasa da, prosesi başqa səmtdə davam etdirməkdə israrlıdır.

Tribuna.az xəbər verir ki, sözügedən qurum bu dəfə yol şousu təşkil etmək qərarına gəlib.

Belə ki, Agentlik ötən gün Cənub-Şərqi Asiya ölkələrində 2026-ci il üçün təbliğat xidmətlərinin satın alınması üzrə tender elan edib. Tenderin məqsədi İndoneziya, Malayziya və Sinqapurda hərəsində bir dəfə olmaqla yol şousu təşkil etməkdir. Bu şoular isə 310 min 915 manata başa gələcək.

Fərda Uğur