Ağ Evin keçmiş rəhbəri birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası üçün öz modelini təqdim edib.
Tribuna.az “Fox News”a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident olacağı təqdirdə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir.
“Hərbçilərimizin döyüş sursatı yoxdur, biz demək olar ki, hamısını Ukraynaya vermişik. İnsanlara kömək edəcəyik, amma müharibəni dayandırmaq istəyirəm, bunun davam etməsini istəmirəm. Hər ikisini də tanıyıram… Mən onunla (Vladimir Zelenski – red. ) və Putinlə anlaşıram… Mən düzgün yolu bilirəm”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz varisi Co Baydeni keçmiş dövlət başçısının sözlərinə görə, ABŞ və Rusiya arasında nüvə qarşıdurması ilə dolu olan Ukraynada münaqişəyə icazə verdiyinə görə dəfələrlə tənqid edib.









