“Azərbaycan hərbçiləri Zəngəzurun kəndlərində minalar yerləşdirir, nəticədə erməni kəndlilərinin mal-qarası tələf olur”. Tribuna.az xəbər verir ki, bu ittihamı Ermənistanın keçmiş ombudsmanı, Tatoyan Fondunun rəhbəri Arman Tatoyan bildirib. “Azərilər aqressiv dezinformasiya yayırlar. Onların etdikləri Ermənistan tərəfinin “cibinə atılır” və təcavüzə zəmin yaradır. Ən bariz nümunə min təyin edilməsi məsələsidir. Biz insanlarla ünsiyyətdə oluruq və məlum olur ki, Azərbaycan hərbçiləri demək olar ki, hər yerə mina qoyurlar, çünki mina partlayışlarında heyvanlar ölür, insanlar torpaqlarından istifadə edə bilmirlər. Bu hərəkətlərlə yanaşı, azərbaycanlılar sadəcə olaraq ermənilərin torpaqlarını, otlaqlarını, evlərini ələ keçiriblər”, – deyə Tatoyan əsassız iddialar səsləndirib. Onun sözlərinə görə, Bakının bu yolla bu əraziləri ermənilərdən azad etməyə çalışdığı aydın olur.









