TIXAC VƏ YOL SƏS-KÜYÜ BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

TIXAC VƏ YOL SƏS-KÜYÜ BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı yollarının tıxacsız və sakit günü yoxdur. Günün pik saatlarında isə vəziyyət daha da dözülməz olur. Tıxac, siqnal və avtomobil matorunun səsi həm yollarda saatlarla qalan sürücü, sərnişinləri, həm də yola yaxın yerlərdə tikilmiş evlərdə yaşayanları olduqca narahat edir.

Tribuna.az xəbər verir ki, aparılan araşdırmalara görə, magistral yollardan gələn səs-küy, avtomobil səsi, tıxac vaxtı siqnal səsi 65 yaşdan yuxarı insanlarda infarkt və insult riskini 27 faiz artırır.
Əvvəlki tədqiqatlar da yolda səs-küy səviyyələri ilə yüksək qan təzyiqi və infarkt arasında əlaqənin olduğunu sübut edib.

Danimarkalı tədqiqatçılar Kopenhagen və Arus şəhərlərinin 50-64 yaş arası 57 min sakininin sağlamlığını 10 il ərzində izləyiblər. Bu müddət ərzində 1881 nəfər insult keçirib. Tədqiqat iştirakçıları 40 desibeldən (sakit, sakit dialoqun səsi) 82 desibelə (məşğul yolun səsi) qədər səs-küy səviyyəsi olan evlərdə yaşayıb. Nəticələr göstərib ki, yaşlılar üçün 60 desibel və ya daha çox səs-küy səviyyəsinə çatdıqdan sonra insult riski kəskin şəkildə artır.