Azərbaycanla Ermənistan arasında konfedensial danışıqlar gedir. Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik katibi Armen Qriqoryan aparır. Ermənistan tərəfi prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib.
Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə məlumat paylaşıb. O bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar aparılır və növbəti aylarda Tiflisdə üçtərəfli liderlərin görüşü keçirilməsi istisna deyil:
“N. Paşinyan danışıqlarda ABŞ vasitəçiliyini qəbul edərək Tiflis görüşünə hazırdır. Məhz Ermənistandan ötən gün açıqlamada Tiflis görüşünə müsbət baxdıqları vurğulandı.
Rusiya növbəti dəfə danışıqları pozmaq üçün xarici işlər nazirlərinin Rusiyada görüşünü təşkil etməyə çalışır. İrəvan belə bir görüşdə maraqlı deyil.
Ermənistanda konstitusiya referendumundan sonra Azərbaycanla yeni sülh müqaviləsini özündə ehtiva edən yeni bir sənəd imzalanması gözlənilir”.
Tribuna.az









