“TƏXRİBATA SƏBƏB ERMƏNİSTANIN HƏR YERDƏN ƏLİNİN ÜZÜLMƏSİDİR” – POLİTOLOQ

“TƏXRİBATA SƏBƏB ERMƏNİSTANIN HƏR YERDƏN ƏLİNİN ÜZÜLMƏSİDİR” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinin davamlı olaraq təxribatlara əl atması bizimçün gözlənilməz deyil. Üçtərəfli Bəyanatın imzalanmasından bəri Ermənistan bunu davam etdirir. Bunu biz təbii ki, məğlubiyyət sindromu ilə əlaqələndiririk. Onlar hələ də dağıdıcı zərbənin təsirindən ayıla bilməyiblər. Bu, həmçinin görüş öncəsi ənənəvi təxribatdır. Masa üzərinə çıxarılacaq məsələlərin gündəliyini dəyişməyə, prosesləri uzatmağa hesablanıb. Bununla nə isə əldə etmək istəyirlər.

Bu sözləri Tribuna.az-a politoloq Züriyə Qarayeva dünən Zod, bu gün isə Xocalı, Laçın, Suşa istiqamətində atışmaların baş verməsinin həftə sonu baş tutacaq prezidentlərin görüşünə göstərəcəyi təsirlə bağlı danışarkən deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistanın artıq hər tərəfdən əli üzülüb:

“Vaşinqtonda da heç bir ciddi irəliləyişə nail ola bilmədi. Rusiyada da artıq onun maraqları nəzərə alınmır. Brusseldə baş tutacaq görüşdə də eyni proseslər davam edəcəyinə görə bölgədə hərbi eskalasiya yaradaraq Azərbaycanı da bu prosesə vadar edərək artıq beynəlxalq ictimaiyyətin diqqətini bir daha yönləndirməyə çalışır. Azərbaycanın verəcəyi adekvat reaksiyanı dünyaya təcavüzkarlıq, işğalçılıq siyasəti kimi təqdim etməyə çalışır”.