TƏHSİL EKSPERTİNDƏN EMİN ƏMRULLAYEVİN KADRLARI HAQQINDA SƏRT SÖZLƏR… “SAVADSIZDIRLAR…” – FOTO

TƏHSİL EKSPERTİNDƏN EMİN ƏMRULLAYEVİN KADRLARI HAQQINDA SƏRT SÖZLƏR… “SAVADSIZDIRLAR…” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil ilə bağlı dövlət və özəl qurumların, universitetlərin sosial şəbəkə hesablarını izləyirəm. Onlar arasında vətəndaşa ən səhv, yanlış cavab verən bir qurum var o da Elm və Təhsil Nazirliyidir.

Tribuna.az xəbər verir ki, bu bardə təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, nazirliyin əməkdaşları olduqca məlumatsız və savadsızdırlar:

“Şagirdlərin sinifdən-sinfə keçmə qaydalarına görə 9-cu sinifi bitirən məzunların məktəbə qayıtması həmin ilin oktyabrın sonuna qədər mümkündür.
O şəxs seçimini edib və kollecə gedib. İcbari təhsil 9-cu sinfi bitirənə qədərdir və bundan sonra təhsildən yayınma hesab olunmur. Şagirdin bununla bağlı nazirliyə sual ünvanlayıb. Nazirliyin verdiyi cavab isə dəhşətdir. Belə aydın olur ki, nazirlik əməkdaşı prosesdən xəbərsizdir, məlumatsızdır.
Kollecə qəbul olan və oktyabrdan kollecdə təhsil alan şagird 21 fevralda kolllecdən çıxıb yenidən məktəbə qayıda bilməz. Nazirlik əməkdaşı isə deyir ki, mümkündür, bərpa oluna bilərsən”.