Ötən gün İran rəsmiləri ABŞ-la danışıqlar üçün texniki heyətin hazır olduğunu bildiriblər.
Tribuna.az xəbər verir ki, İranın danışıqlar qrupunun üzvü İsmayıl Əhəmdi Müqəddəm bildirib ki, görüş gələn həftə baş tutacaq.
Onun sözlərinə görə, danışıqların irəliləməsi digər tərəfin öhdəliklərinə sadiq qalmasından asılıdır. “Çünki anlaşma memorandumunun son bəndində beş bəndin məcburi şəkildə yerinə yetirilməsi vurğulanır”.
Bu əsnada İran parlamentinin spiker Məhəmməd Baqer Qalibaf isə ABŞ-la anlaşmanın və atəşkəs rejiminin pozulduğunu açıqlayıb. Amerika hücumlar və neft sanksiyalarının bərpası ilə müqaviləni pozub. İranın neft sanksiyalarının bərpası da atəşkəs razılaşmasının pozulmasıdır”.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Behnam Səidi isə ABŞ-la razılaşmanın bitdiyini bəyan edib: “ABŞ ilə Anlaşma Memorandumu qüvvəsini itirib”.
Tribuna.az xəbər verir ki, İranın dini liderinin hərbi müşaviri Möhsün Rzayi isə bir qədər sərt danışıb. “Donald Tramp danışıqlar zamanı təzyiqi davam etdirmək istəyir. Amma bilməlidir ki, əgər o, yenidən İrana hücum etmək niyyətindədirsə, biz tam hazırıq”.
Fərda Uğur









