Tayvandakı prezident ofisindən verilən açıqlamada, Tayvan prezidenti Tsay İnq-ven və müavini Uilyam Lainin aylıq maaşlarının Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün bağışlanacağı bildirilib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Bəyanatda prezident Tsay və onun müavini Lai “Türkiyəyə zəlzələ bölgəsinin mümkün qədər tez bərpasına kömək etmək üçün öz üzərinə düşəni etməyə ümid edirlər” deyib.
Qeyd edək ki, Tayvan Türkiyədə baş verən zəlzələ üçün 2 milyon dollar yardım ayırıb və axtarış-xilasetmə işlərində iştirak etmək üçün iki xilasetmə qrupu göndərib.









