“TAMAŞAYA GETMƏMƏK, AKTYORA GÜL ALMAMAQ BİGANƏLİK DEYİL, AMMA ÖLƏNDƏ CƏNAZƏNİN HARADAN GÖTÜRÜLMƏSİ BİGANƏLİKDİR?!”

“TAMAŞAYA GETMƏMƏK, AKTYORA GÜL ALMAMAQ BİGANƏLİK DEYİL, AMMA ÖLƏNDƏ CƏNAZƏNİN HARADAN GÖTÜRÜLMƏSİ BİGANƏLİKDİR?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə dünyasını dəyişmiş xalq artisti Ramiz Novruzun vida mərasiminin yaşadığı mənzildə, binanın qarşısında təşkil edilməsi narazılıq yaratmışdı. Hətta bir çox aktyor xalq artistinə Mədəniyyət Nazirliyinin laqeydlik göstərməsini qınamış, aktyora Akademik Dram Tetrında vida mərasimi keçirilməməsinə etirazını bildirmişdi. Qısadı, deyildi və yazıldı ki, Ramiz Novruza laqeydlik oldu.
Ancaq məsələyə olduqca fərli mövqe bildirən “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi dirimizə deyil, ölümüzə daha çox hörmət tələb edilməsinə etirazını bildirib.

Tribuna.az yazır ki, B.Həzi bildirib ki, aktyorların sağlığında tamaşalarına bilet almırıq, teatra gedib oyunlarına baxmırıq, onlar üçün bir gül dəstəsinə, bir alqışa qıymırıq, öləndə deyirik, niyə filan yerdən götürmədilər?!:

“Niyə filan nazir filankəs gəlmədi?! Niyə dövlət laqeyd yanaşdı?! Adamlara alayarımçıq maaş vermək, başdansovdu pensiya hesablamaq, həftəyə 20 nanat verib seriala çəkmək biganəlik olmur, öləndə hardan cənazəsini qaldırmamaq, harda dəfn etməmək biganəlikdir?! Rəhmətlik Cabir Novruz demişkən: “Sağlığında qiymət verin insanlara…”
Aktyora da, hər kəsə də sağlığında dəyər verilsin. İnsanlara layiq olduğu qiymətini sağlığında versək, öləndə onun qiymətini hamı biləcək; adi vətəndaş da, dövlət də…”.