Maraşın Dulkadiroğlu rayonundakı düşərgədə qalan suriyalılar zəlzələdən sonra ölkələrinə qayıtmaq istəyənlər üçün sərhəd qapılarının açılacağını bildiriblər.
Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, zəlzələdə zərər görməyən ərazidə 20 min konteyner var. 25 min adam əhatə edən 374 min kvadratmetr sahədə açılan bölgədə yaşayan suriyalıların sayı 200 minə yaxınlaşıb. 10 nəfər bir konteynerdə birlikdə qalır.
Mərkəz Suriyadan 160 kilometr aralıda yerləşir. Mərkəzdə qalan suriyalı Halid Beyn 8 il əvvəl Hələbdən gəlib. Deyir ki, başqa şəhərlərə getmək istəyirlər, amma icazə verilmir.
Fevralın 15-i çərşənbə günü Suriyaya getmək istəyənlər üçün sərhəd açılacaq.
Tribuna.az









