SURİYALI QAÇQINLAR HATAY SƏRHƏDİNƏ AXIN ETDİ

SURİYALI QAÇQINLAR HATAY SƏRHƏDİNƏ AXIN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələdən sonra Suriyalı qaçqınlar Suriyada dağıntıdan zərər çəkən qohumlarını görmək, ölkələrinə qayıtmaq üçün Cilvegözü sərhəd qapısına axın edib.

Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, Türkiyədə böyük dağıntılara səbəb olan Kahramanmaraş mərkəzli zəlzələ Suriyanın bir çox bölgəsinə də təsir edib. Suriya boyu 5500-dən çox insan həyatını itirdiyi halda, ölkənin şimal-şərqində müxalifətin nəzarətində olan bölgələrdə 4400 nəfər həyatını itirib. Zəlzələ bölgəsindəki sığınacaq axtaranlara 3-6 ay Türkiyəni tərk etmək hüququ veriləcəyini açıqlandıqdan sonra Türkiyədəki suriyalı qaçqınların çoxu zəlzələdən zərər çəkmiş yaxınlarını görmək üçün Hatayın Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısı qarşısında növbəyə düzülüb.

Amerikanın “New York Times” qəzetinə danışan bəzi qaçqınlar müharibədən qaçaraq Türkiyəyə gəldiklərini, lakin zəlzələ nəticəsində ikinci dəfə evlərini itirdiklərini söyləyiblər.

Sığınacaq axtaranların bəziləri övladlarının təhsili üçün göstərilən müddətdə Türkiyəyə qayıtmağı planlaşdırdıqlarını ifadə edərkən, bəziləri Türkiyədə yaşadıqları dağıntıdan sonra geri qayıtmağı planlaşdırmadıqlarını bildirib.

Tribuna.az