“Sumqayıt” futbolçusu Rüfət Abdullazadəni əvəzedici komandaya göndərib.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı hücumçu I Divizionda “Zaqatala”ya qarşı keçirilən oyunda meydana çıxıb.
Abdullazadə Premyer Liqanın XXXI turunda “Qəbələ”yə qarşı keçirilən matçda (2:3) ikinci hissədə meydana çıxıb və fərqlənə bilməyib. Görüşdən sonra baş məşqçi Samir Abasov məğlubiyyətin səbəbinin özü olduğunu bildirib. O, doğru əvəzetmələr etmədiyini söyləyib.
İlk hissəsi başa çatan “Sumqayıt-2” – “Zaqatala” oyununda qonaqlar öndədir – 1:0.









