“Sumqayıt” maliyyə problemi yaşanır.
“Football-plus.az” xəbər verir ki, böyük çətinliklə elitada yerini qoruyan “kimyaçılar”da artıq iki aydı maaş yoxdu.
Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, FİF-in kluba ödəməli olduğu vəsait gecikdiyndən aprel və mayın məvacibi ilə yanaşı, “Kəpəz”lə oyuna görə vəd olunan mükafat da futbolçulara ödənilməyib.
Mənbəmiz onu da bildirdi ki, maaşlarla yanaşı, klubun kommunal xərcləri də ödəməyə maliyyəsi yoxdu. İşıq, qaz və suya olan borca görə aidiyyatı idarələr kluba son xəbərdarlığını edib.
Məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.









