“Sumqayıt”da bu həftə klubdaxili iclas keçiriləcək.
Baş məşqçi Samir Abasov və rəhbərliyin iştirak edəcəyi toplantıda yeni mövsümlə bağlı planlar cızılacaq, komandadan göndərilənlərin adları müəyyənləşəcək.
“FutbolPress”in əldə etdiyi məlumata görə, Abasov legionerlərin bəzilərinin “qələmini qırıb”. Mütəxəssis Stiven Pereyra, Masaki Murata və Todor Todorskidən başqa digər əcnəbilərin yola salınmasını istəyir. “Kimyaçılar”ın Terrens Tisdel, Dieqo Karioka, Alya Ture və Kərim Abubakarla vidalaşacağı gözlənilir.
“Sumqayıt” Premyer Liqada 2022/2023 mövsümünü 7-ci sırada bitirib.









