“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
Tribuna.az bu barədə klubun Mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, “Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan “Ferroviario” olub.
Qeyd edək ki, “Sumqayıt” bu yay Emil Mustafayev (“Polissya”, Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı (“Kaşias”, Braziliya) da transfer edib.









