Sponsor tapılmasa, “Lənkəran” klubu dağılacaq – Video

Sponsor tapılmasa, “Lənkəran” klubu dağılacaq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən mövsüm Regional Liqada mübarizə aparan “Lənkəran” klubu dağılmaq təhlükəsi ilə üz-üzədir. Bu barədə “Qafqazinfo”ya klubun prezidenti Rəhman Abasov məlumat verib.

Tribuna.az xəbər verir ki, o bildirib ki, sponsor tapılmasa klub fəaliyyətini dayandıracaq:

“Mən klubun rəhbəriyəm, amma komanda sponsor tapılmasa Regional Liqada mübarizə aparmağı dayandıracaq. 3 ildir ki, öz hesabımıza çıxış edirik. Şəxsi imkanlarım hesabına komandanın maddi ehtiyaclarını qarşılayıram. Bu komandada oynayan heç bir futbolçu və ya işçi maaş almır. Hamısı könüllü olaraq çalışırlar, oynayırlar. Düzdür, futbolçular yenə oynamağa hazırdılar. Amma maddi problemlər buna imkan vermir.  Lənkəranda yerləşən böyük şirkətlərin filiallarına və əlim çatan yerlərə sponsorluq üçün müraciət etmişəm. Biz bir komanda şəklində 3 il mübarizə aparmışıq. Futbolçular maaş almayıblar. Onlar öz istirahət günlərini komandaya həsr ediblər. Lənkəranda futbol yoxdur deyə komanda yaratmışıq. Uğurlu addım atmışıq və iki il Regional Liqada ¼ finala qədər irəliləmişik. Ötən mövsüm bu mərhələdə mübarizə aparan 8 klubdan təkcə “Lənkəran” klubunun sponsoru yox idi. Qalan klublar hamısı sponsor hesabına gəlmişdilər. Mən iş adamı deyiləm, keçmiş polis işçisi, Birinci Qarabağ Müharibəsi veterenıyam. Mənim heç bir biznesim yoxdur. Hər yerdə bizə sual verirlər ki, nə vaxt Lənkəran klubu yüksək liqada olacaq. Amma bu gün Regional Liqada mübarizə aparmaq gücündə deyilik. Sentyabrın 17-nə qədər vaxtımız var. Sponsor tapılmasa, bu rayonun olan tək futbol klubu da dağılacaq”.