Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Suriyadan Türkiyəyə çox sayda qaçqının axın etdiyi iddiaları səslənib. Bu barədə Milli Müdafiə Naziri Hulusi Akar açıqlama verib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Milli Müdafiə Naziri Hulusi Akar: “Əsrin fəlakətindən sonra Suriyadan Türkiyəyə qaçqın axınının olduğu iddiaları həqiqətə uyğun deyil. Türkiyədən Suriyaya bir istiqamətdə evlərinə və torpaqlarına dönən Suriya vətəndaşları var. Hazırda bu rəqəm 20 mini keçib”, – deyə bildirib.
Tribuna.az









