Son 8 ildə 500-dən çox kənd YOXA ÇIXIB – VİDEO

Son 8 ildə 500-dən çox kənd YOXA ÇIXIB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son səkkiz ildə Qazaxıstanda 533 kənd yoxa çıxıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, həyəcanverici statistika yerli demoqraflar tərəfindən səsləndirilib.

Mütəxəssislərin fikrincə, insanlar kütləvi şəkildə şəhərlərə köçürlər.

Bunun nəticəsidir ki, hazırda əhalinin 60%-dən çoxu şəhərlərdə, 38%-i isə kəndlərə yaşayır.

Qeyd olunub ki, bu, narahatedici tendensiyadır. Bu tempi azaltmaq üçün kəndlərdə həyat keyfiyyətini yaxşılaşdırmaq lazımdır.

“İqtisadi Tədqiqatlar İnstitutu” ASC-nin Həyat Keyfiyyəti Mərkəzinin direktoru Nurbolat Kurmetuly bildirib ki, 2014-cü ildən 2022-ci ilə qədər şəhərlərə ümumilikdə 667 min nəfər köçüb.

Onun sözlərinə görə, ən böyük axın Qaraqanda, Şərqi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində rast gəlinir. Bu da kənd təsərrüfatında kadr çatışmazlığına səbəb olur.