ŞOK: DÜNYA TƏRSİNƏ FIRLANMAĞA BAŞLAYIB – ZƏLZƏLƏLƏR…

ŞOK: DÜNYA TƏRSİNƏ FIRLANMAĞA BAŞLAYIB – ZƏLZƏLƏLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə baş vermiş yüzlərlə zəlzələnin tədqiqi nəticəsində Yerin nüvəsinin sürətini itirdiyi, yavaşladığı və əks istiqamətdə fırlanmağa başladığı üzə çıxıb.

Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Yerin nüvəsi yavaşladıqca və əks istiqamətdə fırlanmağa başladıqca, bu, günləri qısalda və dəniz səviyyəsinə təsir edə bilər.

Nature Geoscience-də dərc olunan araşdırmaya görə, 5000 kilometrdən çox dərinlikdə və Günəş səthindən daha isti olan Yerin nüvəsinin sürəti azalıb.

Çindəki Pekin Universitetindən Yi Yang və Xiaodong Song tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerin ən daxili təbəqəsi sürətini itirir və səthi tərsinə çevirərək günü qısalda bilər.

Yerin nüvəsi və mantiyası 70 il əvvəl harmoniya içində olduğu halda, indi nüvə yavaşlayıb və yavaş-yavaş əks istiqamətdə fırlanmağa başlayıb.
Bütün bunların müxtəlif nəticələri olacaq. Əvvəla, günlər qısalır. Dəniz səviyyəsinin və maqnit sahəsinin dəyişməsi planetin iqliminə təsir edəcək. Sahənin qravitasiya təsiri yerüstü ərazilərdə deformasiyalara səbəb olacaq.

“Biz inanırıq ki, daxili nüvə Yer səthinə nisbətən “yelləncək” kimi irəli-geri fırlanır. Yelləncəyin bir dövrü təxminən 70 ildir və ya orta hesabla hər 35 ildən bir istiqamət dəyişir” çinli alim bildirdi.

Çin alimləri daxili nüvənin 1970-ci illərin əvvəllərində istiqamətini dəyişdiyini və növbəti dəyişikliyin 2040-cı illərin ortalarında baş verəcəyini proqnozlaşdırdılar.
Euronews-da yer alan xəbərə görə, tədqiqatçılar Yerin daxili nüvəsindən səthə qədər bütün təbəqələri arasında fiziki əlaqələrin olduğuna inandıqlarını qeyd edirlər.
Bəzi ekspertlər isə tapıntılara qarşı ehtiyatlı olduqlarını ifadə edərək, fərqli nəzəriyyələrə işarə edərək, Yerin mərkəzi ilə bağlı bir çox sirlərin davam etdiyi barədə xəbərdarlıq ediblər.

Tribuna.az