Siyəzəndə azyaşlı naməlum səbəbdən öldü

Siyəzəndə azyaşlı naməlum səbəbdən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siyəzəndə bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib. Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.
Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdiriləcək.