SIĞORTA ŞİRKƏTLƏRİNİN MƏNZİL AJİOTAJI YATDI – SƏBƏB

SIĞORTA ŞİRKƏTLƏRİNİN MƏNZİL AJİOTAJI YATDI – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xeyli vaxtdır ki, sığorta şirkətlərinin başladığı əmlak sığortası olmayan mənzillərə görə cərimə tətbiq ediləcəyi ajiotajı artıq səngimiş kimi görünür. Tribuna.az-ın xəbərinə görə, iyunun 1-dən guya evini sığıorta etməyənləri cərimə gözləməsi haqda yayılan xəbərlər təsdiqini tapmır. Bu məsələdə iqtisadçı deputatların, ekspertlər, bir sıra sığorta mütəxəssisləri açıqlamalar verərək məsələyə aydınlıq gətirməklə cəmiyyəti sakitləşdirə bildilər. Çünki əhalidə ciddi panika və təşviş var idi.
Məlum oldu ki, ayrı-ayrı sığorta firmaları əhalini qorxudur, təzyiq göstərir və bu kampaniya ilə vətəndaşları mənzil sığortasına təhrik edir. Ancaq bunun bir tələ olduğu üzə çıxdı. Əhaliyə aydın oldu ki, sığorta cəriməsinin ödənilməsi mexanizmi belə mövcud deyil.

Tribuna.az