Serxio Busketsdən sonra daha bir ulduz “Barselona”nı tərk edir

Serxio Busketsdən sonra daha bir ulduz “Barselona”nı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək.

İspan insayder Jerar Romeronun yaydığı məlumata görə, o, müqaviləsində nəzərdə tutulanın əksinə olaraq 2024-cü ilin yayına qədər Kataloniya klubunda qalmayacaq.

Gün ərzində “Barsa”nın ayrılığı açıqlayacağı bildirilir.

Alba 2011-ci ildən Kataloniya klubunda çıxış edir.

Qeyd edək ki, daha əvvəl Serxio Busketsin mövsümün sonunda “Barselona”nı tərk edəcəyi açıqlanıb.