Səid Mollayi diskvalifikasiya olundu – Cudo üzrə millimizidən tam bir fiasko

Səid Mollayi diskvalifikasiya olundu – Cudo üzrə millimizidən tam bir fiasko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.

Tribuna.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı tatami üzərinə çıxıb.

Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Səid Mollayi (81 kq) 1/16 finalda Fransua Gauthier Drapeau (Kanada) ilə qarşılaşıb. Görüşün gedişində qadağan olunmuş fənd işlədən Mollayi “hansoku-make” ilə cəzalandırılıb və rəqibi qalib elan edilib.

Beləliklə, mundialın dördüncü günü də millimiz üçün medalsız başa çatıb (fanat.az).