Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran bəlkə də dünyanın “lider” dövlətlərdəndir. İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. Azərbaycan səfirliklərinə İranın himayədarları tərəfindən edilən hücum isə ilk deyil.
Tribuna.az xəbər verir ki, 4 avqust 2022-ci il – Azərbaycan Londonda yerləşən Səfirliyinə İranın himayə etdiyi radikal dini qruplaşmanın (“Mehdinin nökərləri”) üzvləri hücum etmişdilər.
16 sentyabr 2022-ci il – Livanda yaşayan ermənilər Azərbaycanın Beyrutdakı Səfirliyinin binasına hücum etmişdilər.
18 sentyabr 2022-ci il -Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki Səfirliyinə hücum etmişdilər.
11 oktyabr 2022-ci il – Vaşinqtonda Azərbaycanın ABŞ-dakı Səfirliyinin xidməti avtomobili atəşə tutulmuşdu.
27 yanvar 2023-cü il – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, nəticədə 1 nəfər (Səfirliyin mühafizə xidmətinin rəisi) həlak olub, 2 nəfər yaralanmışdı.
Son 6 ay ərzində səfirliklərimizə qarşı 5 terror aktı həyata keçirilib. Təxminən hər aya 1 terror hadisəsi düşür ki, bu, kifayət qədər böyük statistikadır.
İranda səfirliyimizə edilən hücum bu ölkə ilə bağlı konkret addımların atılmasını zəruri edir. Cənubi Azərbyacanda yaşayan soydaşlarımız İran hökumətindən bu terror hadisəsinin hesabını sormalıdır.
Bu terror hadisəsi obyektiv şəkildə araşdırılana qədər İranın Azərbaycandakı səfiri ölkəmizdən çıxarılmalı, İranın Azərbaycanda dəstək verdiyi media qurumları bağlanmalı və ayrı-ayrı şəxslər xüsusi nəzarət altına alınmalı, bu ölkənin ölkəmizdə müxtəlif sahələrə yerləşdirdiyi casus şəbəkəsi ilə bağlı əməliyyatlar başlamalıdır.
Samir Feyruzov
Tribuna.az









