Sosial şəbəkələrdə amerikalı mütəxəssis, məşhur geoloq Rubin Burrellin adından yalan məlumatlarlar yayılıb.
Tribuna.az xəbər verir ki, guya R.Burrellin yaxın günlərdə eynən Türkiyədəki kimi Bakının mərkəzində də güclü zəlzələ olacağı ilə bağlı proqnoz verib. Həmin proqnozun məşhur “Express” qəzetində dərc edildiyi bildirilib.
Sitat: “Geoloji xəritələr və bu gün Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda yer plitələrinin hərəkətinin tədqiqi göstərir ki, 6,9 bal gücündə zəlzələ yarada bilən Bakı yarması aktivləşib”.
Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, nə məşhur geoloq belə bir proqnoz verib, nə də sözügedən qəzetdə bu cür məlumat dərs edilib:
“Bu xəbər dolaşır, amma saxta şəkildir. Şəxsən yoxladım. Panik yaratma məqsədini güdür. “Express” qazetinde belə məqalə çıxmayıb. Burrell də elə şey deməyib”.
Tribuna.az










