SAXTA EYNƏK GÖZLƏRİ BU HALA SALIR…

SAXTA EYNƏK GÖZLƏRİ BU HALA SALIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəşli günlər artdıqca gün eynəklərinə də ehtiyac artır. Hətta bəzən günəş altında eynəksiz gəzmək çətinləşir. Bu kimi hallarda gün eynəkləri taxırıq. Ancaq çox vaxt eynəklərin keyfoyyətinə həmiyyət vermirik. Hər addımbaşı satılan gün eynəklərinin gözlərimizi günəşdən qoruduğunu düşünsək də, paralel olaraq başqa problemlərə də səbəb olur.

Tribuna.az xəbər verir ki, oftalmoloqların fikrincə, ucuz gün eynəklərinin istifadəsi gözlərdə mütləq bir problem yaradır. Həkimlərin fikrincə, bu cür eynəklər elə bəzək xatirinə başa taxılsa daha yaxşıdır.
Gözlərə taxaraq saatlarla bu eynəklərdə gəzmək qəti məsləhətli deyil. Oftomoloqlar bildirir ki, hazırda ozon qatının zədələnməsi nəticəsində zərərli şüalar yerə normadan çox daxil olur. Belə olan halda təbii gün eynəklərindən istifadə zəruridir. Çünki gğzü ancaq onlar qoruya bilir.
Saxta gün eynəkləri ola bilər ki, ilk 1-2 il müddətində gözlərə ziyan verməsin. Lakin sonrakı illərdə eynəklərin fəsadları ortaya çıxacaq. Məsələn, gözlər işığa daha həssas olacaq, zəifləyəcək, torlu görməyə meyllənəcək, baş ağrıları verəcək və bu kimi bir çox problemləri ortaya çıxaracaq.

Saxta gün eynəkləri gün ərzində gözdə qaldıqda qulaq ətrafı, burun üstü və baş ağrılarına səbəb olur. Bu cür ağrılar saxta günəş eynəyinin istifadəsi artydıqca davamlı hala çevrilir.

Həkimlər bildirir ki, sağlamlıq üçün orijinal şüşələrə malik olan eynəklərdən istifadə edilsə, daha yaxşı olar.