Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Biləcəri qəsəbəsində yerləşən inzibati binanın söküntüsünü həyata keçirmək qərarı verib.
Tribuna.az xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticəsi bu gün açıqlanıb.
Məlum olub ki, keçmiş hərbi hissəyə aid olan bu ərazidə bir neçə inzibati bina, zirzəmi, yeməkxana, NBM və digər tikililərin sökülməsi prosesi reallaşdırlacaq. Tenderin qalibi isə “FƏRİD” FİRMASI olub. Şirkət Agentlikdən bu söküntü işlərinə görə, 541 min 622 manat ödəniş alacaq.
Fərd Uğur









