Şair Əşrəf Veysəlli VƏFAT ETDİ

Şair Əşrəf Veysəlli VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Əşrəf Veysəlli vəfat edib.

Tribuna.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib.

O bildirib ki, Əşrəf Veysəlli bu gün “Sumqayıt Hospital”da vəfat edib.

Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub.