SAHİL BABAYEVİN ƏMƏLİNƏ BAXIN – DƏFN PULUNU GECİKDİRİR

SAHİL BABAYEVİN ƏMƏLİNƏ BAXIN – DƏFN PULUNU GECİKDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəfn pulunun ödənilməsini ləngidir. 40 gündən çoxdur atası dünyasını dəyişən iqtisadçı Samir Əliyev ona verilməli olan dəfn pulunu ala bilmir.

Tribuna.az xəbər verir ki, Bu barədə yazan iqtisadçı Samir Əliyev qeyd edib ki, nazirliyin 142 çağrı mərkəzinə zəng vuraraq ləngimənin səbəbini sorüşüb:

“Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirəm, DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiz bu nə deməkdir?

ƏƏSM Nazirliyinin çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır (operatora elə də dedim). Yəni DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən Mərkəzə. Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar?

DOST-dan söz düşmüşkən, Mərkəzin saytında vətəndaşların məmnunluq səviyyəsi 98,43% göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43% içindədir. Əslində məmnunluq səviyyəsi 100% olmalıdır. Çünki içəri girəndə adamı az qala VİP müştəri kimi qarşılayırlar.
Ancaq nə olsun? Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa bu keyfiyyətin nə əhəmiyyəti qalır? Əgər sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər? Əgər DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb Mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür?”.