Şabran şəhərindəki Qurtuluş parkının vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Tribuna.az -ın xəbərinə görə, oxu.az-a müraciət edən şəhər sakini bildirib ki, Heydər Əliyev prospektində yerləşən park uzun müddətdir baxımsız vəziyyətdədir.
Onun sözlərinə görə, ərazidə işıqlandırma sistemi işləmir, dirəklər sökülərək kənara yığılıb. Sakin deyir ki, parkda axşam saatlarında qaranlıq hökm sürdüyündən insanların, xüsusilə uşaqların və yaşlıların istirahəti çətinləşib.
Müraciətdə həmçinin qeyd olunur ki, parkın suvarma sistemi də yararsız vəziyyətdədir, fəvvarə illərdir fəaliyyət göstərmir. Şikayətçi yaxınlıqdakı stadionun da baxımsız qaldığını və uzun müddətdir hər hansı bərpa və ya yenidənqurma işlərinin aparılmadığını iddia edib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.









