Sabah Moskva görüşündə sülh müqaviləsi imzalanmayacaq. Tribuna.az-ın siyasət şöbəsi təhlil edir ki, liderlərin görüşü ümumi bəyanatlar, 10 noyabr sənədinin müddəalarına sadiq qalmağı təsdiqləməklə yekunlaşacaq. Sülh sazişi ilə bağlı gözləntilərin olmamasına səbəb kimi Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışını göstərmək olar. Nikol bir neçə gün əvvəl açıqladı ki, Rusiya ərazisində sülh müqaviləsi gözlənilmir. Paşinyan Qərb masasına işarə edərək danışıqların yalnız Avropa paytaxtında nəticə verə biləcəyinə əmindir. Ona görə mayın 25-də sülh olmayacaq!
Tribuna.az









