Mayın 13-də Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, matça artıq 12 mindən çox bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 18:00-da start veriləcək. Görüşdən əldə ediləcək gəlir Türkiyədə fevralın 6-da baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün xərclənəcək.









