Dünən gün ərzində Rusiya Ukraynanın 3 şəhərində terror aktları törədib.
Tribuna.az xəbər verir ki, həmin hadisələrdən biri Ukraynanın Dnepr şəhərində baş verib.
Partlayış nəticəsində bir polis əməkdaşı yaralanıb.
Bunun ardından isə Ukraynanın digər şəhərində, Nikolayevdə qeydə alınıb. Həmin olay zamanı da polis əsas hədəf olub. Nəticədə, bir polis və iki dinc sakin yaralanıb.
Amma analoji hadisələr Lvov da baş verib. Ukraynanın ən ucqar şəhərlərindən olan Lvovun hədəf alınması qorxu mühiti yaratmaq məqsədi güdüb. Nikolayevdə baş vermiş terror aktı nəticəsində 7 polis əməkdaşı yaralanıb.
Fərda Uğur









